USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda daha bir "Hilton" hotel tikilir

06.01.2019 Sosial
0 0
Azərbaycanın "Pmdprojects" şirkətinin gələcək layihələrindən biri Bakıda "Hilton Garden Inn" hotelinin tikintisidir.

"Kommersant.az" xəbər verir ki, "Hilton Garden Inn" hotelinin stili və rahatlığı bu hoteli seçmək üçün əsas səbəblər olacaq:

"Mövcud binanın yenidən qurulması ilə bağlı komandamız müştərinin bütün istəklərini nəzərə almağa çalışmışdır. Hilton Garden Inn Bakı şəhərinin mərkəzində, Rəşid Behbudov küçəsində yerləşir. Hotel gözəl Bakı parkları ilə əhatə olunmuşdur. Hotelin unikal restoran və kafesi təkcə qonaqlar üçün deyil, şəhər sakinləri üçün də əlçatan olacaq. Hotelin möhtəşəm interyeri qonaqlara rahatlıq verəcəkdir".

"Hilton Garden Inn" "Hilton"un 14 markasından biridir.