USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azəriqaz” rəhbərliyi Şəmkirdə vətəndaş qəbulu keçirib

02.08.2019 Sosial
0 0
Bu gün "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Şəmkir rayonunda, Birliyin baş direktorunun müavinləri - Ramil İsgəndərov Qazax və Ağstafa, Ruslan Əliyev isə Tovuz rayonlarında vətəndaşların qəbulunu keçiriblər.

"Kommersant.az" xəbər verir ki, qəbula gələn sakinlərin əksəriyyəti yaşayış məntəqələrinin qazlaşdırılması, qaz xətlərinin yerinin dəyişdirilməsi və müxtəlif məsələlərlə bağlı fikirlər səsləndiriblər.

Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verilib. Birliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılması üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.