USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 11% artıb

02.08.2019 İqtisadiyyat
0 0
Bu ilin iyulun 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 13 482,6 mln. manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 462,3 mln. manat və ya 3,6% çoxdur.

Bu göstərici əvvəlki ayla müqayisədə 284,6 mln dollar və ya 2,2%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 377,0 mln. manat və ya 11,4% artıb.

Qeyd edək ki, Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərinin çoxalması hesabına baş verib.