USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı məktəblərində direktor müavini olmaq üçün müsahibə mərhələsi başa çatıb

07.09.2019 Sosial
0 0
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifələri üçün işə qəbul üzrə elan edilmiş müsabiqənin müsahibə mərhələsi başa çatıb.

Bu barədə "Kommersant.az"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, ümumilikdə işə qəbul üzrə müsabiqənin vakansiya mərhələsində müvafiq yerlər üzrə seçim etmiş 488 nəfər müsahibəyə dəvət olunub. Onlardan 92-si təlim-tərbiyə işləri üzrə direktor müavini, 47-si tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), 21-i gənclərin çağırışaqədərki hazırlığının rəhbəri, 32-si psixoloq, 46-sı uşaq birliyi təşkilatının rəhbəri, 219-u laborant, 31-i kitabxanaçı olmaq istəyən şəxslərdir.

Müsabiqənin müsahibə mərhələsindən uğurla keçən namizədlər müvafiq vəzifələr üzrə təyinat alacaq.