USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ərazilərdə qaz təchizatı dayandırılıb

20.09.2019 Sosial
0 0
“Azəriqaz” İstehsalat Birliyində 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq işləri davam etdirilir.

İB-dən verilən məlumata görə, Sumqayıt şəhərinin bir hissəsini təbii qazla təmin edən diametri 530 mm-lik “Şəhər-4” orta təzyiqli qaz xəttində təmir-bərpa işlərinin aparılması məqsədilə qaz təchizatının dayandırılmasına zərurət yaranıb. Bu zaman saat 10:00-dan etibarən işlər başa çatanadək Sumqayıt şəhərində bir qrup abonentin qaz təchizatında fasilə olacaq.

Bundan başqa “Qaz İxrac” İdarəsinin balansında olan “Bəydilli” ölçü qovşağında bir sıra quraşdırma işlərinin aparılması ilə bağlı səhər saat 09:00-dan 18:00-dək Neftçala rayonunun bir neçə kəndində qaz təchizatı dayandırılıb. İsmayıllı rayonunda da qaz xətlərində quraşdırma işlərinin görülməsi üçün saat 10:00-dan bir neçə yaşayış məntəqəsində qaz verilişində fasilələr yaranacaq.