USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Kənd evləri sahibləri üçün “Bələdçi” ərsəyə gətirilib

01.10.2019 Sosial
0 0
Dövlət Turizm Agentliyi (DTA) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən "Cənubi Qafqazda özəl sektorun inkişafı və peşə təhsili və təlimi” proqramı çərçivəsində regionlardakı kənd evləri sahiblərini müxtəlif mövzular üzrə məlumatlandırmaq və maarifləndirmək məqsədilə təlimat kitabçası hazırlayıb.

Bu barədə DTA-dan məlumat verilib.

Kitabça Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyə dəstəyi ilə ərsəyə gətirilib.

Təlimat kitabçasında kənd evində qonaqlama xidmətinin təşkili üçün tələblər və hüquqi əsaslar, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın, əlavə xidmətlərin təşkili, kənd evinin tanıtımı, sanitar-gigiyena, təhlükəsizlik qaydaları, xərclər və qazancın hesablanması, hazırlıq və təsərrüfat işləri üzrə tövsiyələr öz əksini tapıb.

Bələdçi kitabçasında istifadə olunmuş fotolar real nümunələr əsasında təqdim edilib. Kitabçanın turist qəbul edən qonaq evlərinə təqdim ediləcək.

Qeyd edək ki, bu layihənin məqsədi regionlara səfər edən turistlərin məmnuniyyət səviyyəsini artırmaq və kənd evlərində qalmağı seçən turistlərə nümunəvi kənd qonaq evləri təqdim etməkdir.

ev