USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-ın Türkiyədəki neft emalı zavodu 1,1 mln. ton məhsul ixrac edib

01.10.2019 İqtisadiyyat
1 0
Bu ilin yanvar-iyul aylarında Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu 1,1 mln. ton neft məsulları ixrac edib.

"Kommersant.az" Apa-a istinadla xəbər verir ki, cari ilin ilk yeddi ayında zavodun ixrac üzrə ən yüksək göstəricisi mart ayında qeydə alınıb və 319,02 min ton təşkil edib.

Məlumata əsasən, yanvar-iyul aylarında NEZ Türkiyənin daxili bazarına 314,44 min tona yaxın neft məhsulları yönəldib.

Qeyd edək ki, "Star Rafineri" neft emalı zavodu ötən ilin oktyabr ayında istifadəyə verilib. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Lakin 2020-ci ildən etibarən "Star" ildə 10 mln. ton neft emal edəcək.