USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlikdən “uşaq pulu” ilə bağlı təkliflərə - MÜNASİBƏT

26.11.2019 Sosial
4 0
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda uşaqlara "uşaq pulu”nun verilə bilməsi ilə bağlı təkliflərə münasibət bildirib.

A.Kərimov bildirib ki, hazırda Azərbaycanda uşaqlarla bağlı ailələrə 14 növ sosial müavinət verilir: "İl ərzində bunun üçün 494 milyon manat ayrılır. Bu müavinətlər 585 min uşağı əhatə edir”.

Nazir müavini əlavə edib ki, təkcə bu il ərzində ölkədə ünvanlı sosial yardımdan 160 min uşaq faydalanıb: "Prezident İlham Əliyev də vurğulayır ki, dövlət vəsaitindən səmərəli, ünvanlı şəkildə istifadə olunmalıdır. "Uşaq pulu” isə ünvanlılıq prinsipinə tam cavab vermir”. /Trend