Fazil Mustafa seçicilərinə 5 manat pul və siqaret payladı

21.01.2020 Sosial
15 ildir Bakıxanovun millət vəkili olan Fazil Musatafa seçicilərini bir araya toplaya bilmək üçün qəsəbə sakinlərinə 5 manat və 1 qutu siqaret paylayıb.

Bu barədə "Kommersant.az"a qəsəbə sakinləri məlumat verib. Məlumata görə, F.Musatafanın yandaşları Bakıxanov qəsəbəsinə gələrək millət vəkilinin əhali ilə görüşmək istədiyini çatdırıb. Deyilənlərə əsasən, seçicilərdən etinasızlıq görən F. Mustafa əhalini yığa bilməyəcəyini anladıqda başqa bir üsula əl atıb.

Belə ki, o qəsəbə sakinlərinə 5 manat pul və siqaret paylayaraq onları görüşə gəlməyə razı sala bilib.

Qeyd edək ki, Bakıxanov əhalisi F.Mustafanın üzünü 15 ildir görmədiklərini bildirir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

VTB