USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ərazilərdə su olmayacaq

14.07.2021 Sosial
0 0
Şirvan, Hacıqabul və Bakı şəhərinin üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən verilən məlumata görə, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərləri, Hacıqabul rayonun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.