USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda mağazaların sayı artmaqla tarixi rekord yeniləyir

14.07.2021 İqtisadiyyat
0 0
Azərbaycanda mağazaların sayları açıqlanıb.

“Kommersant.az” bu barədə 1 yanvar 2021-ci il tarixinə olan göstəricilərə istinad edir.

Həmin tarixə olan göstəricilərə görə, ölkədə mağaza sayları 82 564 ədəd olmuşdur. Bu isə son bir il ərzində 423 ədəd artım, yaxud 0.51% artım deməkdir. Mağazaların ticarət sahəsi 5 307 min kvadrat metrdir. Bu barədə DSK-nin nəşrində qeyd edilir.

Bu mağazaların 28% yaxud, 23 282 ədədi Bakı şəhərində yerləşir.

Son beş ildə mağazaların sayı, ilin əvvəlinə:

2017 – 61 102 ədəd
2018 – 66 155 ədəd
2019 – 72 243 ədəd
2020 – 82 141 ədəd
2021 – 82 564 ədəd