USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti $80-i ötüb keçir - SƏBƏB

28.09.2021 Sosial
0 0
Dünyada enerji böhranı səbəbindən neftin qiyməti 2018-ci ilin oktyabrından bu tərəfə ilk dəfə 80 dollar/barrel səviyyəsini ötüb.

“Kommersant.az” xəbər verir ki, Bakı vaxtı ilə 7:36 radələrində Londonun ICE birjasında Brent markalı xam neftin bir barreli 57 sent, yaxud 0.72 faiz bahalaşaraq 80.10 dollara çatdığı halda, Nyu-Yorkun NYMEX birjasında WTI markalı neftin barreli 58 sent, yaxud 0.77% artımla 76.03 dollara çatıb.

Brentin sonuncu dəfə qiyməti 80 dollar üzərinə 2018-ci ilin oktyabrında olub. Həmin ayın əvvəlində hətta bu neft 84.16 dollar/barrel səviyyəsinə qalxmışdı.

“Goldman Sachs Group” şimal yarımkürəsində qışın həmişəkindən daha soyuq olacağı təqdirdə neftin qiymətinin 90 $/bbl. səviyyəsindən yüksələ biləcəyini açıqlayıb. Bu da 2014-cü ildən bu tərəfə ən yüksək nəticə ola bilər.

Nüfuzlu bankın hazırkı proqnozundan 10 dollar yüksəkdir və bu artım İngiltərənin elektrik enerji təchizatçıları üçün fəlakətli nəticələrə çevrilmiş uzun müddət yüksək qaz qiymətləri ilə müşayiət olunacaq.

Təşkilat bu həftənin ortalarında Avropaya qaz tədarükünün azalmasının qlobal neft hasilatının məhdud olduğu bir vaxtda alternativ yanacaq olaraq neftə olan tələbatı artıracağını bildirib.

“Goldman Sachs” bunun əsas səbəbinin ABŞ-ın Meksika Körfəzində baş vermiş qasırğanın olduğunu qeyd edib. Bununla yanaşı, qaz qiymətlərinin düşməsi gözlənilmir.