USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti dövrdə qazlaşdırılacaq yaşayış massivlərinin sayı - AÇIQLANDI

19.11.2021 Sosial
0 0
“Ümumilikdə 900-ə yaxın yaşayış massivində qazlaşdırma işləri aparılmayıb”.

“Kommersant.az”ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

Ruslan Əliyev bildirib ki, bunun 400-ü qazlaşdırılma cəhətdən ərazisi buna imkan verməyən yerlərdir, 500-ə yaxın yaşayış massivində isə qazlaşdırılma prosesi aparılacaq:

“Növbəti dövrdə 52 kənd, 18 yaşayış massivinin qazlaşdırılması nəzərdə tutulur. Eyni zamanda bəzi küçə xətlərinin çəkilməsi, daxili imkanlar hesabına digər kiçik yaşayış massivlərinin, ümumi bu kimi 110-a yaxın ərazinin qazlaşdırılması planlaşdırılır”.