USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Optimal Elektronika"da nə baş verir?

09.06.2022 Sosial
0 0
Azərbaycanda fəaliyyət göstərən elektronika şirkəti "Optimal Elektronika" ötən il dörd filialını bağlayıb.

"Kommersant.az" xəbər verir ki, 2021-ci ildə "Optimal Elektronika"nın "28 May 2", "28 May 3", Göygöl və Şabran filialları bağlanıb.

Bundan əlavə, şirkət 58 işçisini ixtisar edib. Belə ki, 2021-ci ilin iyun ayının sonunda şirkətdə fəaliyyət göstərən işçilərin sayı 1154 olubsa, ilin sonuna işçilərin sayı 1096 nəfərə kimi azalıb.

APA-Economics