Tanınmış jurnalistə yeni vəzifə verildi - TƏYİNAT

03.07.2018 Sosial
Tanınmış jurnalist Elnur Niftəliyev vəzifəyə təyin edilib

"Kommersant" SalamNews-a istinadən xəbər verir ki, Lider televiziyasının Xəbərlər Departamentinin redaksiya rəhbəri Elnur Niftəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) yeni mətbuat katibi təyin olunub.

Elnur Niftəliyev məlumatı təsdiqləyib.

Qeyd edək ki, qurumun bundan əvvəlki mətbuat katibi Anar Hüseynov olub.