USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb

03.10.2022 Sosial
0 0
Bu gün İsveçin paytaxtı Stokholmda 2022-ci il Nobel həftəsi start götürüb.

Bu gün tibb və fiziologiya üzrə mükafatın laureatları açıqlanıb.

2022-ci ildə bu mükafatı isveçli Svante Peebo əldə edib.

O, insan təkamülü və qədim insanların genomları ilə bağlı kəşflərinə görə Nobel mükafatına layiq görülüb.

Qeyd edək ki, oktyabrın 4-də fizika, oktyabrın 5-da kimya, 6-da ədəbiyyat, oktyabrın 7-də sülh və oktyabrın 10-da iqtisadiyyat üzrə Nobel mükafatlarının laureatları açıqlanacaq.

Mükafatlar ənənəvi olaraq dekabrın 10-da, Alfred Nobelin anım günündə sahiblərinə təqdim olunacaq.