USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Aİ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

03.10.2022 Siyasət
0 0
Almaniya, Fransa, Danimarka, İspaniya, İtaliya və Çexiya qadın haqları ilə bağlı etirazları yatırdığı üçün İrana qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı Aİ-yə təkliflər təqdim edib.

Bu barədə “Spiegel” məlumatlı mənbələrə istinadən bildirib.

Mənbələrin verdiyi məlumata görə, təklif edilən sanksiyalar Məsiha Əminin həbsdə öldürülməsi ilə alovlanan ümummilli etirazların dayandırılmasına görə məsuliyyət daşıyan 16 şəxsi, təşkilatı və qurumu hədəf alır.

Sanksiyalarla bağlı təkliflərin oktyabrın 17-də keçiriləcək Aİ ölkələrinin XİN rəhbərlərinin iclasında müzakirəsi gözlənilir.