USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunda eskalator dayandı - Xəsarət alanlar var

04.10.2022 Sosial
0 0
Bakı metrosunda sərnişinlər xəsarət alıblar.

"Kommersant.az" xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Belə ki, metropolitenin “Sahil” stansiyasında eskalatorda nasazlıq yaranıb. Bu zaman eskalatorda olan sərnişinlər yıxılıblar və aralarında xəsarət alanlar da olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ barədə məlumatlıdırlar:

“Hazırda bu istiqamətdə araşdırma gedir. Zərurət olmadığı halda sərnişin müdaxiləsi nəticəsində eskalator dayanıb və belə bir hal baş verib. Hadisə olub, lakin xəsarətlə bağlı müraciət olmayıb”.