USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Aeroflot”un 13 təyyarəsinə xaricdə həbs qoyulub

28.12.2022 Sosial
0 0
Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə “Aeroflot” şirkətinin 357 təyyarəsindən 13-nə xarici ölkələrdə həbs qoyulub.

Bunu RBC-yə müsahibəsində şirkətin Baş direktoru Sergey Aleksandrovski bildirib.

O deyib ki, aeroflotun donanmasında hazırda siyahı üzrə 180 (həbs qoyulmuş təyyarələr də daxil olmaqla), cədvəl üzrə 150-yə yaxın təyyarə var.

Onun sözlərinə görə, hazırda “Aeroflot”un ikili qeydiyyatı olmayan 89 təyyarəsi var, lakin bu sayı artırmaq da mümkündür.