USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR-ın bir qrup əməkdaşı təltif olunub

20.09.2018 İqtisadiyyat
0 0
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif edilib.

Şirkətdən "Kommersant.az"a bildirilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin müvafiq əmrlərinə əsasən, "Neftçilər günü" peşə bayramı ilə əlaqədar respublikamızın neft, qaz və kimya sənayesinin inkişafındakı xidmətlərinə görə bir qrup neftçi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Fəxri neftçi" döş nişanı ilə təltif edilib. SOCAR-ın idarə və müəssisələrində çalışan 126 əməkdaş bu mükafata layiq görülüb.