USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qəbələ" klubu əcnəbi hücumçusu ilə yollarını ayırıb

15.05.2018 İdman
0 0
"Qəbələ" klubu Türkiyənin "Göztəpə" klubundan icarəyə götürdüyü Famussa Kone ilə yollarını ayırmağa qərara alıb.

Klubdan "Kommersant.Az"a verilən məlumata görə, malili hücümçunun müqaviləsi uzadılmayıb.

"Göztəpə" ilə qarışılıqlı anlaşmaya əsasən, 24 yaşlı forvard cari mövsüm başa çatdıqdan sonra İzmir komandasının düşərgəsinə yollanacaq.

Digər tərəfdən "qırmızı-qaralar" qapıçı Dmitri Bezotosnı ilə müqaviləni uzadıb. Anlaşmaya əsasən, ukraynalı qolkiper 2019-cu ilin iyununadək "Qəbələ"də qalacaq.

Qeyd edək ki, Dmitri Bezotosnı 2015-ci ilin yanvarında transfer olunub. Famussa Kone isə ötən yay 1 il müddətinə icarəyə götürülüb. Bezotosnı Premyer Liqada 28 oyuna çıxıb, Kone isə 22 oyuna 6 qol vurub.