"Qarabağ" klubunun futbolçuları Qarabağ bölgəsində hərbçilərlə görüşüb

17.05.2018 İdman
"Qarabağ" klubunun futbolçuları Qarabağ bölgəsinə səfər edib.

Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar.

Futbolçular burada hərbi hissənin komandiri, general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə "Qarabağ" forması, top və şarf hədiyyə ediblər.

Daha sonra onlar cəbhə bölgəsindəki hərbi hissələrdən birinə səfərə yollanıblar.

VTB