USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Neftçi" - "Arsenal" matçının biletləri satışda

29.07.2019 İdman
0 0
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Neftçi” – "Arsenal” oyununun biletləri bu gün satışa çıxarılıb.

"Kommersant.az" xəbər verir ki, Qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B), 5 (3A, 3B), 20 (VİP) və 100 (SKYBOX) AZN təşkil edən biletləri "Bakcell Arena” stadionunun kassalarından, həmçinin "Rahat market”in "Baku MALL” (Qələbə dairəsi), Azadlıq prospekti 116 (47 saylı məktəblə üzbəüz), "Mega City” ticarət mərkəzi (Xırdalan şəhəri), "Şahənşah” şadlıq sarayının 1-ci mərtəbəsi ("Azadlıq” metrostansiyasının yanı), "Metropark” mağazalarından və "Mega Store”dan (Bakıxanov qəsəbəsi) əldə etmək mümkündür.

Kassalar hər gün saat 10:00-dan 21:00-dək işləyəcək. Oyun günü biletlər yalnız "Bakcell Arena”nın kassalarında satılacaq.

  • Əvvəlki

    “Nar” rabitə sahəsində xüsusi fərqlənən tələbələri mükafatlandırdı

Digər xəbərlər