Bu gün BMX üzrə dünya çempionatının qalibləri müəyyənləşək

09.06.2018 İdman
İyunun 9-da Bakıda velosiped idmanının BMX növü üzrə dünya çempionatında gənclər və elit kateqoriyasında qaliblər müəyyənləşəcək.

"Kommersant" xəbər verir ki, yarışların sonuncu günündə əvvəlcə dünya çempionatının keçici bayrağı 2019-cu ildə mundiala ev sahibliyi edəcək Belçika nümayəndələrinə təqdim olunacaq. Sonra təsnifat yürüşləri keçiriləcək. İyirmi dəqiqəlik fasilənin ardından final mərhələsi başlayacaq.

Çempionatda ötən dörd günün nəticələrinə əsasən 28 ölkənin velosipedçiləri müxtəlif kateqoriyalarda mükafatçılar sırasında yer alıblar. Medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 19 dəfə podiuma qalxıblar.

Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 15 fransalı, 13 avstraliyalı, 9 braziliyalı və britaniyalı, 7 ABŞ, eyni sayda Latviya və Yeni Zelandiya velosipedçisi fərqlənməyi bacarıb.