USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

KİV: NEYMAR "BARSELONA"YA DÖNMƏK İSTƏYİR

16.06.2018 İdman
0 0
Fransanın PSJ komandasının futbolçusu Neymar İspaniya təmsilçisi “Barselona”ya dönmək istəyir.

"Kommersant" “Report”a istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı hücumçu artıq kataloniyalılarla əlaqə saxlayıb və onun transferi üçün danışıqlara başlanılmasını istəyib. Neymar “Atletiko”nun forvardı Antuan Qrizmannın “Barselona”ya keçidinin baş tutmadığı üçün bu addımı atıb.

Karyerasını Fransada davam etdirmək istəməyən Neymarın xidmətində “Real Madrid” də maraqlıdır.

Qeyd edək ki, Neymar 2013 – 2017-ci illərdə “Barselona”nın formasını geyinib. O, ötən yay 222 milyon avro qarşılığında PSJ-yə transfer olunub.