USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DÇ- 2018: Nikola Kaliniç Xorvatiya yığmasından qovulub

18.06.2018 İdman
0 0
Xorvatiya yığmasında şok ayrılıq baş verib.

"Kommersant"ın Apasport.az saytına istinadən məlumatına görə, hücumçu Nikola Kaniliç millidən qovulub.

Buna səbəb onun dünya çempionatının qrup mərhələsində Nigeriya (2:0) ilə ilk matçdakı davranışı olub. Belə ki, qarşılaşmanın sonuna 5 dəqiqə qalmış baş məşqçi onu Mario Mandzukiçin yerinə meydana daxil etmək istəsə də, “Milan”ın forvardı bundan imtina edib. Nəticədə Mandzukiçi Marko Pyatsa əvəz edib.