USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DÇ-2018: Mundialla vidalaşan ilk komanda müəyyənləşib

20.06.2018 İdman
0 0
Dünya çempionatının B qrupu çərçivəsində ikinci matçını Portuqaliyaya qarşı keçirən Mərakeş yenə minimal hesablı məğlubiyyətə düçar olub.

"Kommersant"ın Apasport.az saytına istinadən məlumatına görə, bununla Renar Hervenin yetirmələri mundialla vidalaşan ilk komanda olub.

Birinci görüşdə İrana, bu gün isə Portuqaliyaya eyni hesabla (0:1) yenilən mərakeşlilər üçün son tur formallığa çevrilib. Komandanın İspaniya üzərində istənilən hesablı qalibiyyəti belə, onların imdadına yetişməyəcək.

Qeyd edək ki, İspaniya – Mərakeş qarşılaşması iyunun 25-də keçiriləcək.