USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qarabağ" italiyalı qapıçını transfer edir

21.06.2018 İdman
0 0
"Qarabağ" klubu İtaliyanın "Peskara" klubunun italiyalı qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istəyir.

"Kommersant" "Report"a istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı qolkiperin klubu ilə razılıq əldə edib və bu transfer üçün 600 min avro ödəyəcək.

Son ölkə çempionu Fiorilloya ikiillik müqavilə təklif edib. Oyunçunun "Peskara" ilə birillik müqaviləsi mövcuddur.