USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DÇ-2018: Kolumbiya və Yaponiya 1/8 finala vəsiqə qazanıb

28.06.2018 İdman
0 0
Futbol üzrə dünya çempionatının H qrupunda III tur qarşılaşmalarına yekun vurulub.

"Kommersant"ın "Report"a istinadən məlumatına görə, qrup mərhələsinin son oyununda Kolumbiya Seneqalı, Polşa isə Yaponiyanı 1:0 hesabı ilə məğlub edib.

Bu nəticədən sonra Kolumbiya xallarının sayını 6-ya çatdıraraq qrup birincisi kimi 1/8 finala vəsiqə qazanıb. Yaponiya və Seneqal yığmalarının hər ikisi qrup mərhələsini 4 xalla başa vurub. Komandaların topladığı xallar və digər göstəriciləri də bərabər olduğundan, oyunlarda ən az vərəqə alan Yaponiya yığması növbəti mərhələyə yüksəlib.

DÇ-2018, 28 iyun, III tur

H qrupu

18:00. Yaponiya - Polşa 0:1

Qol: Yan Bednarek, 59

Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Sivela (CAR), Rikardo Montero (Kosta Rika)

Volqoqrad, "Volqoqrad Arena"