İdman gimnastikası üzrə qaliblər mükafatlandırılıb

29.06.2018 İdman
Cümə günü Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatında ikinci qrupun qalibləri mükafatlandırılıb.

"Kommersant"ın Trend-ə istinadən məlumatlna görə, kişilər arasında ikinci qrup yarışan "uşaqlar" və "kiçiklər" yaş kateqoriyalı, qadınlarda isə "gənclər" və "yeniyetmələr" kateqoriyalarında gimnastlar çıxışlarını başa vurublar.

Kişilərin yarışında "uşaqlar" yaş kateqoriyasında Çingiz Vəliyev qalib gəldi, ikinci yeri Nihat Muradlı tutdu və üçüncü - Rizvan Tağızadə oldu. “Kiçiklər” arasında birinci yeri Tural Səlimov, ikinci yeri Mircavad Ağazadə, üçüncü yeri isə Miryusif Əhmədzadə tutdu.

Qadınlar arasında "gənclər" yaş kateqoriyası üzrə qalib Aliyə Rüstəmova oldu, gümüş medalı Dəniz Əliyeva, bürüncü isə Duyğu Məcidzadə qazandı.

Yeniyetmələr arasında qızıl medalın sahibi Milana Minakovskaya oldu, “gümüşün” sahibi - Nazənin Teymurova oldu, “bürüncü” isə Babayeva Məlahət qazandı.

Qeyd edək ki, Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatına start verilib.

İki gün davam edəcək turnirdə ümumilikdə 100-dən çox gimnastın iştirakı gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.