BNA 300 avtobusun tədarükçüsünü seçir

01.06.2018 Tender
Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) 300 avtobusun tədarükçüsünü seçir.

Bu barədə "Kommersant.Az"a BNA-dan məlumat verilib.Seçim açıq tender üsulu ilə aparılır.

Tenderdə iştirak haqqı 2500 manatdır.

Seçimdə zəruri texniki və maliyyə imkanları olan şirkətlər iştirak edə bilər.

Tender təklifləri sentyabrın 6-dək qəbul olunur. Tender proseduru sentyabrın 7-də baş tutacaq.