USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səhiyyə Nazirliyi 54 milyon manatlıq müqavilələr bağladı

15.03.2021 Tender
0 0
Səhiyyə Nazirliyinin İnnovasiya və Təhcizat Mərkəzi bu gün ümumi məbləği 53 milyon 785 min 68 manat 46 qəpik olan 5 satınalma müqaviləsi bağlayıb.

"Kommersant.az" xəbər verir ki, satınalma müqavilələri 5 ayrı şirkətlə bağlanılıb.

Belə ki, məbləği 850381.09 AZN olan müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi dövlət və tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması müqaviləsi "Albatros Heltkeyr” MMC, məbləği 3678819.95 AZN olan müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi dövlət və tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması müqaviləsi "Fuad-Kimya Servis” MMC, məbləği 19158724.31 AZN olan müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması müqaviləsi "Zeytun Pharmaceuticals” MMC, məbləği 264247.41 AZN olan müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi dövlət və tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması müqaviləsi "M-Complex” MMC və məbləği 29832895.7 AZN olan Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satınalınması müqaviləsi "AvroMed Company 15” QSC ilə bağlanılıb.

Müqavilələrin detalları ilə bağlı məlumat verilməyib.

Qaynarinfo

  • Əvvəlki

    “Bank Respublika” və “Rabitə Bank”ın - FƏRQLƏRİ

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21