USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin binası 4 milyon manata təmir olunacaq

13.07.2022 Tender
0 0
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “ORN Group” MMC ilə 4 milyon manatlıq müqavilə bağlayıb.

Müqavilədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsi, 10 A (Kiçik Dəniz küçəsi- 4) ünvanında yerləşən ümumi sahəsi 3303.20 m2 olan inzibati binasının əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 4 144 711 manatdır.

Qeyd edək ki, “ORN Group” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Qəzənfər Bağırovdur.