USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Siraqəddin Cabbarov PA-ya çağırılıb? - Köməkçisindən açıqlama

13.07.2022 Siyasət
0 0
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov özünü yandıraraq intihar edən Vətən Müharibəsi qazisi Elvin Cəfərovun yas mərasiminə qatıldıqdan sonra rayonu tərk etdiyi iddia olunur. Sosial şəbəkələrdə bildirilib ki, icra başçısı Prezident Administrasiyasına çağırılıb.

Bu barədə açıqlama verən Siraqəddin Cabbarovun köməkçisi Mirzağa Hümbətov deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Cənab başçı hazırda rayondadır. O, bu gün Qalağayın kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ilə birgə Balakənd kənd sakinlərinin görüşündədir”.

M.Hümbətov qazi Elvin Cəfərovun intiharında icra başçısının günahlandırılması və həbs ediləcəyi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Bu, bizə aid olmayan məsələdir, nəsə deyə bilmərik”.

Pravda