USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tenderi Kəmaləddin Heydərovun həyat yoldaşı uddu

08.02.2023 Tender
69 13
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

Kommersant.az bu barədə elektron satınalmalar portalına istinadən xəbər verir.

Fevralın 7-də açıqlanan tenderin nəticəsinə görə, qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 97 min 680 manat ödəyəcək.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Onu da bildirək ki, əvvəlki illərdə də BBMM-nin elan etdiyi ofis yerinin icarəsi üçün də qalib Heydərova Ruhəngiz Muxtar qızı olmuşdur.