USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FHN-nin 10 manatlıq şirkətlə 75 minlik müqaviləsi - Şübhəli şirkət kimindir?

05.06.2023 Tender
48 44
Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti Yardımlı rayonunda 1 ədəd 4 otaqlı fərdi yaşayış evinin tikintisi ilə bağlı tenderə yekun vurub.

Kommersant.az xəbər verir ki, satınalma müsabiqəsinin qalibi “Girdiman Group” MMC-dir.

Tərəflər artasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 75.683,03 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “Girdiman Group” MMC -nin
12 dekabr 2018-ci ildə qeydiyyata alındığı göstərilir.

Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı İsmayıllı rayonu, İsmayıllı şəhəri, Heydər Əliyev, ev 15 göstərilir. Şirkətin qanuni təmsilçisi Rəşad İsa oğlu Gidayevdir.

Açıq mənbələrdə “Girdiman Group” MMC və onun qanuni təmsilçisi haqqında hansısa bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalında yerləşən məlumatlardan aydın olur ki, barəsində heç bir məlumat olmayan şirkət 2022-2023-cü ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti ilə 3 satınalma müqaviləsi bağlayıb. O müqavilənin iksii 2023-cü ili əhatə edib.

Bu il bağlanan digər satınalma müqavilənin maddi dəyəri də 75000 ciivarı olub.

Nəzərə alsaq ki, dövlət qurumlarına torpaq sahələri dövlət tərəfindən pulsuz verilir, həmçinin bölgələrdə tikinti işi paytaxta nisbətən daha ucuz başa gəlir və idarənin elan etdiyi 3 tenderdə eyni şirkətin qalib olması həmin satınalma müsabiqəsinin şəffaflığı ilə bağlı şübhələr yaradır.

  • Əvvəlki

    Ekspert Mərkəzi Bankın proqnozu ilə razılaşmır: "İnfilyasiya 15 faiz olacaq"

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21