Paytaxt yollarında sürət həddi endirildi

11.02.2020 Nəqliyyat
Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb.

"Kommersant.az" xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Adi günlərdən fərqli olaraq, şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb.

VTB