USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mercedes Avropada 774 min avtomobili geri çağıracaq

12.06.2018 İqtisadiyyat
0 0
Almaniyanın avtomobil şirkəti "Daimler"in Avropa miqyasında 774 min maşınını geri çağıracağı bildirilir.

"Kommersant" xəbər verir ki, şirkətin avtomobillərdə emissiya qazının ölçülməsində lisenziyası olmayan cihazlar istifadə etdiyi və bu sayədə yüksək emissiya dəyərini aşağı göstərməsi səbəbindən 774 min avtomobilini geri çağıracağı qeyd edilib.

Geri çağırma qərarının Daimler-in İdarə Heyətinin sədri Dieter Zetsche-nin Federal Nəqliyyat Naziri Andreas Scheuer ilə görüşünün ardından elan edilməsi diqqəti çəkib.

BANKDAN DA AŞAĞI FAİZLƏ KREDİT

Nazir Scheuer geriçağırma prosesinin Federal Motorlu Nəqliyyat Vasitələri İdarəsi tərəfindən təşkil olunacağını bildirib.

"Daimler" şirkəti qərara tabe olacaqlarını, ancaq etiraz edəcəklərini açıqlayıb.

Qərar görə, "Daimler" şirkəti 238 mini Almaniyada olmaq üzrə Avropa miqyasında cəmi 774 min avtomobili geri çağıracaq.

Geri çağırılacaq avtomobillərin Mercedes-in Vito, GLC 330d və C220D modelləri olacağı bildirilib.

  • Əvvəlki

    Bankir qadınlar özlərinin növbəti görüşnü keçirib

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0