USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bayramda rayonlara getmək istəyənlərə - XƏBƏRDARLIQ

30.07.2020 İqtisadiyyat
0 0
Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.

"Kommersant.az"-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaq.

"İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq", - deyə K.Əliyev xəbərdarlıq edib.Azvision

  • Əvvəlki

    Donald Tramp ABŞ qoşunlarının Almaniyadan çıxarılmasının səbəbini açıqladı

Digər xəbərlər