USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır - VAKANSİYA

13.05.2020 Vakansiya
0 0
“ABB” ASC Marketinq departamentinə VEB tərtibat və dəstək şöbəsinə Back-end üzrə proqramçı vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Yeni veb layihələrin backend həllərinin təmin edilməsi;
  • Mövcud layihələrə əlavə və dəyişikliklərin edilməsi, texniki dəstək göstərilməsi;
  • SOAP servislərin inteqrasiyası;
  • RESTful API servislərin hazırlanması və istifadə olunması üzrə təcrübə.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Sahə üzrə minimum 2 il təcrübəsi olan;
  • Python və PHP üzrə biliklərə sahib;
  • Obyektyönümlü proqramlaşdırma prinsiplərinə malik:
  • Hər hansı Python framework (Django, FLASK və s.) ilə sərbəst işləmə bacarığına malik;
  • Hər hansı PHP framework (CodeIgniter, Laravel və s.) ilə sərbəst işləmə bacarığına malik;
  • Hər hansı CMS (Wordpress, ProcessWire və s.) üzrə layihə təcrübəsinə sahib (arzuolunandır);
  • GIT ilə sərbəst işləmə bacarığına malik;
  • RESTful API və verilənlər bazaları (MySQL, PostgreSQL, MongoDB) ilə işləmə bacarığına sahib;
  • HTML5, CSS3, JavaScript, jQuery üzrə biliklərə sahib (arzuolunandır).

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Back-end üzrə proqramçı (VEB tərtibat və dəstək şöbəsi)” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

  • Əvvəlki

    Baş prokuror “EuroHome”da baş verən yanğınla bağlı göstəriş verdi

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0