USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

09.07.2018 Vakansiya
0 0
“Bank Respublika” ASC IT Departamentinin “Biznes proseslərinin inkişaf etdirilməsi şöbəsinə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir

Ümumi vəzifə öhdəlikləri:

• Texniki tapşırıq və ya bankın biznes proseslərinin təhlili əsasında proqram təminatlarının hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi;
• İşlənib hazırlanmış proqramlara Bank işinin analizi əsasında düzəlişlərin edilməsi;
• Proqramlarla iş üzrə istifadə qaydalarının hazırlanması, zəruri texniki sənədləşmənin aparılması;
• Tətbiq edilmiş proqram və proqram vasitələrinin müşayiətinin aparılması;
• Daxili layihələrin hazırlanması;
• Hazır proqram komponentlərinin unifikasiya və optimizasiyası üzrə işlərin aparılması.

Namizədə qarşı tələblər:

• PHP, JavaScript, HTML, CSS üzrə minimum 3 il iş təcrübəsi;
• Məlumat bazalarının proqramlaşdırılması üzrə biliklər (SQL, PLSQL);
• Texniki-riyazi düşünmə bacarığı;
• Yeni texnologiyalara yiyələnmək həvəsi;
• Məsuliyyətlilik, dəqiqlik, operativlik;
• Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyul 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Biznes proseslərinin inkişaf etdirilməsi şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    "Rabitəbank" işçi axtarır - VAKANSİYA

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0