USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

27.07.2018 Vakansiya
0 0
“Bank Respublika” ASC “Sabirabad, Bərdə, Astara, Göyçay bölgələrində problemli kreditlər üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, 800-ə yaxın əməkdaş çalışmaqdadır.

Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Daha ətraflı məlumat almaq üçün www.bankrespublika.az saytına müraciət edə bilərsiniz.

Ümumi vəzifə öhdəlikləri:

• Çalışdığı filialların problemli kreditləri üzrə işi təşkil etmək;
• Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşlər
• Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
• Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumatlar və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
• Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarinin tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlər yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Şirvan, İmişli, Sabirabad, Bərdə, Astara, Göyçay rayonlarında yaşayanlara üstünlük verilir;
• Borcların yığılması və problemli müştərilərlə işləmək sahəsində iş təcrübəsi;
• Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
• MS Office proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti.
• Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 12 avqust 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Problemli kreditlər üzrə mütəxəssis” qeyd edərək [email protected]elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

  • Əvvəlki

    Son 4 ilin ən sürətli artımı

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0