USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kontakt Home"da - İŞ VAR

13.09.2018 Vakansiya
0 0
"Kontakt Home" Analitik vəzifəsi üzrə vakansiya elan edir

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Analitik

Tələblər:

• Ali təhsil
• Maliyyə / Mühasibatlıq / İT / Pərakəndə satış / Bank sahəsində (bunlardan biri olsa kifayət edər) - ən azı 1 il iş təcrübəsi
• Microsoft Excel – professional səviyyədə biliklər
• Analitik düşüncə tərzi

Arzu olunan tələblər:

• Data Analysis sahəsində iş təcrübəsi
• 1C bilikləri

Vəzifə öhdəlikləri:

• Satışların, kredit portfelinin və müxtəlif biznes proseslərin dövrlük müqayisəli analitik hesabatlarının hazırlanması
• MİS-in (Management İnformation System) qurulması və işləkliyinin təmin edilməsi
• Verilmiş qərarların, edilmiş dəyişiklişlərin hazırki biznes proseslərə və satışlara təsirinin qiymətləndirilməsi

İş şəraiti:

- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: Razılaşma yolu ilə

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Analitik” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0