Qarabağ Azərbaycandır!

"Modern Group of Companies" daxili auditor axtarır - VAKANSİYA

24.09.2018 Vakansiya
“Modern Group of Companies” MMC 19 fərqli sektorda fəaliyyət göstərən şirkətləri tərkibində birləşdirərək ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı mindən artıq təhsilli insana iş imkanları yaradır. Fəaliyyət göstərdiyi sektorlarda ; Meyvə Şirəsi və qazsız içki istehsalı, Tibb Mərkəzi, IT texnologiyaları xidməti, Mebel istehsalı və s., lider olmağı hədəfləyən şirkətlər qrupu insan resurslarının idarə edilməsi, istehsalatın keyfiyyətinin artırılması, xidmət səviyyəsinin yüksəldilməsi sahələrində dünyanın tanınmış şirkətləri ilə əməkdaşlıq edir və gələcək planlarını həyata keçirmək üçün daxili işçilər məmnuniyyətinə xüsusi önəm verir.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

İş yeri: Bakı şəh. Nərimanov rayonu, Əhməd Rəcəbli 19A
İş təcrübəsi: 1-3 il
Əmək haqqı: 1400-1800 AZN
İş qrafiki : 6 günlükdür (6-cı gün qısa iş günüdür)

İş barədə məlumat:

• Təhkim olunmuş müəssisələrdə auditin aparılması
• Mütəmadi departament rəhbərinə hesabatların təqdim edilməsi

Namizədə tələblər:

• Ofis proqamları: MS office (word,excel)
• Logo, 1C programların bilməsi arzuolunandır
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
• Analitik düşünə bilmə,riyazı və mühasibat üzrə biliklərə sahib olma
• Ünsiyyətqurma və komandada işləmək bacarığı
• Ezamiyyətə gedə bilmə imkanları
• Rus dilini bilməsi arzuolundadır

Namizədlərdən xahiş olunur ki, şəkil əlavə olunmuş tərcümeyi hallarını [email protected] e-mail ünvanına 05.10.2018 ci il tarixinə qədər mövzu yerində “Daxili auditor” qeyd edərək göndərsinlər. Vəzifə tələblərinə uyğun olmayan müraciətlərin namizədliyinə baxılmayacaqdır.

  • Əvvəlki

    "Kontakt Home"da maliyyə direktoru yeri üçün - VAKANSİYA

Digər xəbərlər