USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Express Bank" aparıcı mütəxəssis axtarır - VAKANSİYA

28.09.2018 Vakansiya
0 0
"Express Bank" Maliyyə departamentinin Hesabatlıq və təhlil şöbəsinə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edib.

"Kommersant.az" vakansiya şərtlərini təqdim edir:

Tələblər:

- Ali iqtisadi təhsil;
- Mükəmməl mühasibatlıq biliyi;
- Analoji sahədə 1 il iş təcrübəsi;
- AR Vergi qanunvericiliyi və Banklar haqqında qanun üzrə biliklər;
- Mükəmməl Microsoft Office (Excell-yüksək səviyyədə) proqramların biliyi;
- ACCA kvalifikasiyası olan namizədlərə üstünlük verilir;
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı.

Vəzifə öhdəlikləri:

- Nəzarət edici orqanlara (Mərkəzi Bank, ADİF və s.) hesabatların hazırlanması;
- Daxili tələbat üçün hesabatların tətbiqi və hazırlanması;
- Digər təşkilatlara təqdim edilməsi üçün hesabatların hazırlanması;
- Kütləvi informasiya vasitələrinə açıqlanmaq üçün hesabatların hazırlanması;
- Hesabatlıq sisteminin təkmilləşdirilməsi üçün şöbə müdirinə təkliflərin verilməsi;
- Maliyyə üçotunda baş vermiş səhvlər barədə şöbə müdirinin xəbərdar edilməsi;
- Digər struktur bölmələrinin şöbəyə ünvanlanan sorğuların cavablandırılması.

E - mail : [email protected]

  • Əvvəlki

    Rayon İcra Hakimiyyəti tender elan edir

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0