"Veysəloğlu" işçi axtarır - VAKANSİYA

03.11.2018 Vakansiya
"Veysəloğlu", Nəqliyyat Departamenti müdiri vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 5 il
Təhsil: Nəqliyyat sahəsi üzrə ali təhsil
Yaş həddi: 35-50
İşin Təsviri: Nəqliyyat Departamenti daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək.

Vəzifə öhdəlikləri:

- Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
- İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi;
- Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
- Satınalma strukturuna nəqliyyat üçün materialların, təchizat və avadanlıqların satın alınmasının tövsiyə edilməsi və səmərəliliyin təmin edilməsi üçün əlaqədar təkliflərin verilməsi;
- Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
- Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması;
- Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi.

Tələblər:

- Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
- Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Liderlik qabiliyyəti;
- Rus və ingilis dili biliyi;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Nəqliyyat Departamenti Müdiri” yazmaqla CV göndərərək müraciət edilir.

  • Əvvəlki

    "Google Play"in ən gözəl tətbiqləri - SİYAHI

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
0 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0