"Google Play"in ən gözəl tətbiqləri - SİYAHI

03.11.2018 İqtisadiyyat
"Google Play"in ən gözəl tətbiqlərinin adları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, "Google" şirkəti "Material Design Awards 2018" nominasiyasının 4 qalibini müəyyənləşdirib. Bunlar "KptnCook", "Lyft", "Simple Habit Meditation" və "Anchor"dur. Tətbiqlər ifadə, yenilik, istifadəçi təcrübəsi və uyğunlaşma kateqoriyaları üzrə qiymətləndirilib. İlk tətbiq özündə resept dəstini, ikinci tətbiq avtostop üçün xidməti, üçüncü tətbiq meditasiya üçün təlimatı əks etdirir, dördüncü tətbiq isə podkastlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, "Google" hər il müntəzəm olaraq "Play Market"dəki tətbiqlərin dizaynını qiymətləndirərək, ən yaxşılarını seçir. Şirkət bu üsulla tətbiq istehsalçıları arasında rəqabət qabiliyyətini artırır.