USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

4 günə 100 milyard itki

11.09.2018 İqtisadiyyat
0 0
Artıq dünyanın ən bahalı şirkətləri də itirir.

"Kommersant.az" xəbər verir ki, dünyanın ən dəyərli şirkətlərindən olan texnologiya nəhəngləri "Apple" və "Amazon"un bazar dəyəri xeyli düşüb. Bunun nəticəsi olaraq şirkətlərin hesabından son 4 gündə təxminən 100 milyard dollar silinib.

Belə ki, ötən həftənin çərşənbə axşamını 228,36 dollar səviyyəsində bağlayan "Apple" gün etibarilə 218,33 dollar geriləyərək 1 həftə ərzində 4,4% dəyər itirib.

"Amazon" şirkətinin isə eyni zaman kəsiyində hissələri 2.039,51 dollardan 1.939,01 dollara qədər düşərək, günü 4,9% -lik kəsrlə bitirib.