Qarabağ Azərbaycandır!

“Az işləyin” - XƏBƏRDARLIQ

12.09.2018 Maliyyə
Dünyanın ən çox işləyən ölkəsinə nazirlikdən xəbərdarlıq olunub.

“Kommersant.az” xəbər verir ki, Yaponiyada aparılan araşdırmaya əsasən, ortayaşlı yaponlar 6 saatdan az yuxu yatırlar. Kifayət qədər istirahət etmədiyini deyənlərin sayı isə ilbəil artır. Səlahiyyətlilər vətəndaşları az işləməyə çağırır.

Araşdırmalar onu da göstərir ki, çox işləyənlərin 60%-i kişilərdir. 2009-cu ildən az yatanların sayının hər il daha da çoxaldığını görən Səhiyyə Nazirliyi xalqa müraciət edərək əqli problemlər, artıq çəki, yüksək təzyiq və bu kimi xəstəliklərin yaranma səbəbi olan yuxunu tənzimləmək üçün az işləməyi, çox yatmağı məsləhət görüb.

Qeyd edək ki, dünyanın ən çox işləyən ölkəsi olan Yaponiyada ölümlərin böyük əksəriyyəti iş başında baş verir.