ABŞ: İrana tarixdəki ən güclü sanksiyaları tətbiq edəcəyik

21.05.2018 Dünya
İran istiqamətini dəyişdirməsə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar böyüyəcək və İranın buna görə çəkdiyi əziyyət daha acı olacaq

"Kommersant.az" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo deyib. O, İrana bənzəri görülməmiş maliyyə təzyiqi tətbiq edəcəklərini deyib.

“ABŞ İranla bağlı sanksiyalarını irəlilədir, bunlar tamamlandıqda tarixdəki ən güclü sanksiyalar olacaq. Sanksiyalar bütün gücü ilə qüvvəyə minəndə İran, iqtisadiyyatını qorumaq üçün ölüm-qalım mübarizəsi aparacaq”, - deyə Pompeo qeyd edib.

Dövlət katibi əlavə edib ki, İranın hər cür hücumunu geri çevirmək üçün Dövlət Departamenti Pentaqon və regional mütəffiqlərlə əməkdaşlıq edəcək.

Eyni zamanda qeyd edilib ki, İran böyük dəyişikliyə gedərsə, ABŞ bütün sanskiyaları ləğv edib diplomatik və ticari əlaqələri yenidən qurmaqda istəklidir.